Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:32

Dünya Çempionatına əlavə biletlər satışa çıxarılır


Cənubi Afrikada keçiriləcək futbol üzrə Dünya Çempionatına əlavə biletlər satışa çıxarılır. FİFA gələn ay başlayacaq oyunlar üçün satışa 90 000 əlavə bilet çıxarıb. İyulun 11-də keçiriləcək final oyununa da əlavə 800 bilet satılacaq.

FİFA bu Dünya Çempionatı üçün 2.8 milyon biletin təxminən 96 faiznin satıldığını bildirir. Oturacaq yerlərinin nizamlanmasından sonra əlavə biletləri əldə etmək mümkün olacaq.
XS
SM
MD
LG