Mayın 28-də İmişlidə 12 rayonun icra hakimiyyəti başçılarının iştirakı ilə geniş müşavirə keçiriləcək.
Bunu baş nazirin müavini Abid Şərifov məlumat verib. Onun sözlərinə görə, dövlət komissiyasının üzvlərinin də qatılacağı müşavirənin keçirilməsində məqsəd Araz çayının yeni qolunun açılması ilə bağlıdır:
«Yeni qolda suyun ötürülməsi saniyədə 400-500 kubmetrə çata bilər. Müşavirənin keçirilməsində məqsəd ondan ibarətdir ki, bu məsələ ilə bağlı lazımi tədbirlər görülsün. Prezidentin tapşırığına əsasən, sakinlərin təhlükəsizliyi tam təmin olunmalıdır. Əsas odur ki, insanların təhlükəsizliyini təmin edək. Yeni qolun keçəcəyi ərazidən yüksək təzyiqli qaz xətti keçir. Su həmin əraziyə çatanadək qaz xəttinin mühafizəsi təmin olunmalıdır. Bütün bu məsələlər müşavirədə müzakirə ediləcək və yalnız bütün problemlər həll edildikdən sonra yeni qol açılacaq».
A. Şərifov həmçinin Xudafərin su anbarından buraxılan suyun da Kürdə suyun azalmasına təsir etdiyini vurğulayıb:
«Hazırda Kürdə suyun səviyyəsi enir. Mingəçevir su anbarında suyun səviyyəsi isə 83,19 metrdir. Anbara daxil olan suyun 90% buraxılır. Bütün bunlara baxmayaraq, təhlükəsizlik tədbirləri davam etdirilməlidir. Türkiyədən aldığımız proqnozlara görə, leysan yağışlar gözlənir. Kür boyu ərazilərdə 3-4 gün ərzində leysan yağışlar yağacaq. Leysan yağışlar Kürün Azərbaycan hissəsinə də düşə bilər».