Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

Respublika Günü münasibəti ilə Bakıda nizami keçid olub


28 May Respublika Günü münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrinin təhsil müəssisələrinin heyəti Bakının küçələrində nizami keçid edib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət bölmələr metronun «28 May» stansiyasının qarşısından «Azadlıq» meydanına doğru addımlayıb.

Silahlı Qüvvələrdə xidmətə başlamış, hazırda Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində xidmət edən gənc zabitlər isə metronun «Elmlər Akademiyası» stansiyasının qarşısından Şəhidlər Xiyabanına qədər nizami keçid ediblər. /APA/
XS
SM
MD
LG