Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:08

Stavropolda yaralananlardan 3-ü azərbaycanlıdır


Rusiyanın Stavropol şəhərindəki partlayışda xəsarət alanlardan 3-ü azərbaycanlıdır.

Bu barədə AnsPres Ümumrusiya Azərbaycanlıları Konqresinin Stavropoldakı nümayəndəsi Fəxrəddin Yarıyevə istinadla məlumat verir.

Bunlar İbrahim İsmayıl oğlu İbrahimov, Renat Almas oğlu İbrahimov və Rövşən İsmayılovdur.

İbrahim İbrahimovla Renat İbrahimovun vəziyyəti nisbətən yaxşı, 18 yaşlı Rövşən İsmayılovun vəziyyəti isə ağırdır.

Xatırladaq ki, dünən Stavropolun mərkəzindəki Mədəniyyət Evinin ətrafında törədilmiş partlayışda 7 nəfər ölüb, 40-dan çox adam isə yaralanıb.

/ANS/
XS
SM
MD
LG