Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:58

Neftçi İtaliya klubunu məğlub edib

"Neftçi" futbol klubunun 17 yaşlılardan ibarət komandası İtaliyada keçirilən "Ciociaria World Cup-4" turnirində ikinci oyununu keçirib.

Yeniyetmələrimiz yerli "Arpino" komandasını 3:0 hesabı ilə məğlub ediblər.

Hesabı oyunun əvvəllərində Ağabala Ramazanov açıb.

20-ci dəqiqədə Ruslan Tağızadə, 75-ci dəqiqədə isə Məqsəd İsayev fərqləniblər.

"Neftçi" 4 xallla hazırda D qrupuna liderlik edir.

Eyni xalla "Bari" 2-ci, 2 xal toplayan "Partizan" isə 3-cü pillədədir.

Rüfət Quliyevin rəhbərlik etdiyi komandamız sabah "Bari"lə qarşılaşacaq.
XS
SM
MD
LG