Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

«Hesabatda bəzi faktlar hələ yumşaq göstərilib»


«Amnesty International»
«Amnesty International»
«Amnesty International» təşkilatının hesabatı həqiqəti əks etdirmir.

«Amnesty International» təşkilatının 2009-cu ildə insan haqlarının vəziyyətinə dair açıqladığı son hesabatı qətiyyən həqiqəti əks etdirmir, hətta həqiqətə heç yaxın gəlmir.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bildirib ki, Azərbaycanda vəziyyət hesabatda göstərildiyindən qat-qat ağırdır. O bildirib ki, hesabatda bəzi faktlar hələ yumşaq göstərilib.

Bəxtiyar Sadıqov isə deyib ki, hesabatın istinad etdiyi mənbələr şübhəlidir. Deputat bildirir ki, Azərbaycanda yaxşılığa doğru görülən işlərə hesabatda yer ayrılmayıb: «Hesabat müəllifləri əsas faktları kənara qoyub, mənasız dəlillərə söykənirlər».

Deputat hesabatı qeyri-obyektiv, ikili standartlara söykənən və qərəzli adlandırıb.



/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG