Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:12

Mayın 28-i Stavropolda matəm günü elan edilib


Mayın 28-i Rusiyanın Stavropol diyarında matəm günü elan edilib.

Dünən Stavropolda törədilmiş partlayışda ölənlərin sayı 7-ə çatıb.

Hazırda xəstəxanalarda 40-dan artıq yaralı var ki, onlardan bəziləri ağır vəziyyətdədir.

Partlayış dünən şəhərin mərkəzindəki Mədəniyyət Evində törədilib.

Həmin gün konsert zalında Çeçenistan rəqs ansamblının çıxışı olmalıymış.

Terrorçuluq ittihamı ilə istintaq başlayıb.

Stavropol diyarının qubernatoru Valeri Qaevski ölən v ə xəsarət alanların ailələrinə maaddi yardım göstərilməsini göstəriş verib.

XS
SM
MD
LG