Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:53

Kürün səviyyəsi 3 santimetr artıb


Azərbaycanın su basmış bölgəsində vəziyyət təhlükəli olaraq qalır.

Bu gün Surrada Kürün səviyyəsi 3 santimetr artıb.

Bu barədə jurnalistlərə açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı" idarəsi ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Arazın Horadiz qəsəbəsindən keçən hissəsində isə su sərfi saniyədə 144 kubmetr azalıb.

Əhməd Əhmədzadə həmçinin qeyd edib ki, hələlik Mingəçevir su anbarında suyun həcmi normaldır və hazırda heç bir təhlükə gözlənilmir.

XS
SM
MD
LG