ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq aləmi Cənubi Koreya gəmisinin batırılmasına görə Şimali Koreyaya cavab verməyə çağırıb.
Hillari Klinton bu gün Seulda Cənubi Koreya rəhbərliyi ilə görüşdən sonra Şimali Koreyaya qarşı qəti tədbirlərin vacibliyini qeyd edib.
O Vaşinqtonun bu məsələnin Cənubi Koreya və BMT-nin təhlükəsizlik şurasıyla müzakirə edəcəyini deyib.
Cənubi Koreya bu günlərdə şimalla ticarət əlaqələrini dayandırıb.
Beynəlxalq müstəqil komissiyanın gəldiyi nəticəyə görə martın 26-da Cənubi Koreya gəmisinin batmasına səbəb şimaldan buraxılan torpedo olub.
Nəticədə 46 adam ölüb.