Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:10

Karpov iki prezidentə hücuma keçir


Anatoli Karpov
Anatoli Karpov
Karpov, yoxsa İlumjinov?

Anatoli Karpov şahmat üzrə keçmiş dünya çempionudur, Kirsan İlumjinov Kalmıkiya prezidentidir. Onların mübarizə apardıqları vəzifə isə Beynəlxalq Şahmat Federasiyası olan FİDE-nin prezidentliyidir. FİDE-nin indiki prezidenti 1995-ci ildən İlumjinovdur.

ŞAHMAT VƏ SİYASƏT

FİDE prezidentliyi uğrunda mübarizəyə siyasi çaları isə Rusiya prezidenti Medvedyevin çox nüfuzlu müşaviri Dvorkoviçin də oyuna qoşulması verib.
Dvorkoviç həm də Rusiyanın Şahmat Federasiyasının 32 nəfərlik nəzarət Şurasının üzvüdür. Aprelin sonunda Dvorkoviç elan etdi ki, Rusiyanın Şahmat Federasiyası İlumjinovun namizədliyini dəstəkləyir.

Ancaq mayın 14-də Rusiyanın Şahmat Federasiyasındakı namizəd seçkilərini İlumjinov yox, Karpov uddu.

Prezident Medvedyevin müşaviri Dvorkoviç bu seçkilərin nəticələrini tanımaqdan imtina etdi və Kalmıkiya prezidentinə xüsusi məktub yazaraq öz dəstəyini bildirdi.

Karpov bu gedişi cavabsız qoymadı, o da yazdı ki, «Dvorkoviç və İlumjinov səsvermənin nəticəsini dəyişə
Kalmıkiya prezidenti Kirsan İlumjinov
bilməzlər».

POLİS DƏ ŞAHMAT OYNAYIR

Keçən həftə isə hadisələr polis müstəvisinə keçdi. Silahlı təhlükəsizlik qüvvələri Şahmat Federasiyasını tutdular, federasiyanın hesabları donduruldu və əmlakdan istifadə hüququ əlindən alındı.

Federasiyanın prezidenti Anatoli Bax deyir ki, bununla federasiyanı cəzalandırırlar, çünki Dvorkoviçin tələbini federasiya yerinə yetirmir.

Anatoli Karpov AzadlıqRadiosun müsahibəsində deyir ki, indi Rusiya Şahmat Federasiyasının FİDE prezidentliyinə namizədinin kim olacağını, yəqin ki, məhkəmə müəyyən edəcək.

Karpov deyir: «Dvorkoviç federasiyanı iflic edib. Şahmat Federasiyasının hesabları açılmalıdır. Təhlükəsizlik qüvvələri Federasiya binasından çıxarılmalıdır. Biz xahiş etməməliyik.Biz qanunla yaşamalıyıq. Biz öz iradəmizi sərbəst bildirə bilməliyik. Onda bilinəcək ki, İlumjinov yoxsa Karpov? Onda hər şey OK olacaq. Onda Rusiya fərqli olacaq. İndi isə gülməlidir».

Karpovun sözlərinə görə, hazırda onu dünyanın 30 milli federasiyası müdafiə edir.

Hari Kasparov
KASPAROV KARPOVU DƏSTƏKLƏYİR

Karpov AzadlıqRadiosuna onu da deyir ki, vaxtilə onun şahmat taxtası arxasında və həyatda barışmaz rəqibi olan keçmiş bakılı Kasparov da onun namizədliyini müdafiə edir. «Biz qərara gəldik ki, bir-birimizə kömək edək. Bizim baxışlarımız fərqlidir. Ancaq şahmat gələndə məqsədlərimiz birdir».

Bu yaxınlarda Rusiyanın «Kommersant» qəzeti yazmışdı ki, Karpov və Kasparov Almaniyaya səfər ediblər və orada böyük biznes və siyasət nümayəndələri ilə görüşüblər.

AzadlıqRadiosu soruşub ki, Dvorkoviç Medvedevin müşaviri vəzifəsində qalsa, vəziyyət düzələ bilərmi? Karpov cavab verib ki, Dvorkoviç Federasiyanın prezidenti deyil. Rusiya isə FİDE-nin üzvü olan 165 ölkədən yalnız biridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG