Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 17:02

Araz çayı tarixi məcrası ilə axıdılacaq


Araz çayının mayın 26-dan etibarən öz tarixi məcrası ilə axıdılacağı gözlənilir.

Hazırda İmişlidə bununla bağlı işlər gücləndirilib. Bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev Kür çayı deltasının təmizlənməsi üçün Rusiyadan xüsusi mütəxəssis qrupu dəvət olunduğunu bildirib.

Deltaya baxış keçirən rusiyalı mütəxəssislər lilin təmizlənməsi ilə bağlı Azərbaycan hökumətinə müvafiq təkliflərini veriblər.

Hazırda hökumət bu təklifləri müzakirə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG