Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:32

«Yaxın 3 gündə Kür çayında yüksək sululuq davam edəcək»


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin AzadlıqRadiosuna verdiyi məlumata görə mayın 26-da Kür çayının aşağı hissəsində suyun 2-4 santimetr azaldığı müşahidə olunub.

Onun sözlərinə görə temperaturun yüksəlməsi ilə əlaqədar Quba, Xaçmazın bəzi çaylarında yüksək sululuq davam edəcək. Bu, bilavasitə dağlıq ərazidə qarın əriməsi ilə əlaqədardır.

Yaxın günlər ərzində respublika ərazisində temperatur gecə 15-18, gündüz 27-32 isti, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti gözlənilir.

Mayın 28-29-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Ancaq mayın 29-da bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
XS
SM
MD
LG