Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Qarabağda seçkini müşahidə edən əcnəbilər Azərbaycana buraxılmayacaq


«Dağlıq Qarabağda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edən əcnəbi vətəndaşların siyahısı tərtib olunub və onlara Azərbaycan ərazisinə daxil olmağa qadağa qoyulacaq».

Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində separatçı qurum tərəfindən 23 may tarixində keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edən əcnəbi vətəndaşların siyahısı tərtib olunub.

Siyahıda Fransanın Demokratiya və Əməkdaşlıq İnstitutunun Paris nümayəndəsi Çovinar Melkonyan, Fransalı müstəqil müşahidəçi Moris Bonno, Berlin Azad Universitetində politologiya üzrə professor Xartmut Ekkel, Slovakiya parlamentinin deputatı Fratikeş Mikloşko, Holland-ABŞ missiyasının rəhbəri Maykl Kovak, Rusiya Dövlət Dumasının deputatları İqor Çernışenko, Kirill Çerkasov, Tatyana Volojinskaya, Maksim Mişenko və Konstantin Zatulin, Rusiya Dövlət Dumasının yanında tələbə parlamentinin üzvü, beynəlxalq müşahidəçi Qalina Ratnikova, Rusiyanın ictimai siyasi xadimi Viktor Şeynis, Rusiya Federasiyası Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev, «İran-Ermənistan» dostluq ittifaqının üzvü Rubik Sərdaryan, «İran-Ermənistan» Dostluq cəmiyyətinin üzvü Mirqasım Momeni, Argentina parlamentinin deputatı Joze Arbo, Argentina parlamentinin eks deputatı Serxio Naxapetyan və Çexiyalı kinorejissor Maxtin Maxdal da daxildir.
XS
SM
MD
LG