Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:20

BP neft axıntısına qarşı növbəti cəhd edəcək


BP şirkəti Meksika Körfəzindəki neft axıntısının qarşısını almaq üçün bu gün növbəti cəhd edəcək. Bu dəfəki cəhd quyunun içərisinə palçıq və sementdən ibarət qatı məhlulu böyük təzyiqlə vurmaqdan ibarət olacaq.

Ümid edilir ki, bu qatı məhlul quyudan fontan vuran nefti geri qaytara biləcək. Ekspertlər isə bunun uğurlu olacağına əmin deyillər. Çünki hələ indiyə qədər okean səthindən 1,6 kilometr dərinlikdə belə metoddan istifadə olunmayıb.

BP yeni cəhd zamanı quyudan neftin necə okeana axmasını göstərən canlı yayımı kəsməyəcəklərinə söz verib.

XS
SM
MD
LG