Dünən Norveçin paytaxtı Osloda “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib. 17 ölkə təmsilçisindən 10-u – Moldova, Rusiya, Serbiya, Bosniya və Hersoqovina, Belçika, Albaniya, Yunanıstan, Portuqaliya, Belarus və İslandiya təmsilçiləri finala vəsiqə qazanıblar.
İkinci yarımfinal mayın 27-də keçiriləcək. Azərbaycanı təmsil edən Səfurə Əlizadə də mübarizəyə həmin gün qoşulacaq. O, “Drip Drop” mahnısını ifa edəcək.