Yamaykanın paytaxtı Kinqston şəhərində təhlükəsizlik qüvvələri ilə narkobaron Kristofer Koukun silahlı tərəfdarları arasında gedən döyüşlərdə həlak olanların sayı 31-ə çatıb. Tələfatın bu qədər çox olmasına təəssüflənən baş nazir Bryus Qoldinq şəhərdə asayişi tezliklə bərpa edəcəklərinə söz verib.
ABŞ narkobaron Kouku qanunsuz karkotika ticarəti ittihamı üzrə beynəlxalq axtarışa verib. Yamayka hökumətinin Kouku ekstradisiya etmək barədə qərar çıxarması paytaxtda iğtişaşlara səbəb olub.