Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

Əzizbəyov rayonu Xəzər adlandırdı


Prezident İlham Əliyev Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılmasına dair qanunu imzalayıb. Dövlət başçısı mayın 25-də həmin qanunun qüvvəyə minməsi haqqında da ayrıca sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, üç ay ərzində qanunun icrası üçün lazım olan qanunvercilik aktlarını raonun yeni adına uyğunlaşdırsın.

XX əsrdə Azərbaycan inqilabçısı və 26 Bakı Komissarlarından biri olmuş Məşədi Əzizbəyovun adının metro stansiyasından da götürüləcəyi haqqında məlumatlar var. Amma hələlik metropolitenin rəhbərliyi stansiyanın adının dəyişdirilməsi məsələsinin gündəlikdə olmadığını deyirlər.
XS
SM
MD
LG