Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 19:52

İtaliya da məmurların maaşlarını dondurur

İtaliya hökuməti bildirir ki, ölkəni Yunanıstanın üzləşdiyinə bənzər maliyyə böhranından qorumaq üçün qurbanlar lazım olacaq.

Hökumət yaxın saatlarda ictimai xərclərin azaldılmasını, o cümlədən də əksər dövlət idarələrində maaşların dondurulmasını nəzərdə tutan qənaət planını müzakirə edəcək.

Planda 2012-ci ilin büdcəsinin 31 milyard dollar azaldılması nəzərdə tutulur. Rəsmilər bildirirlər ki, İtaliyanı Yunanıstanın üzləşdiyi böhrandan qorumağın yeganə yolu xərcləri bu planda göstərilmiş qaydada azaltmaqdır.
XS
SM
MD
LG