Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:50

Aleksandr Lukaşenko iyun ayında Azərbaycana gələcək


Belarus prezidenti Aleksandr Lukaşenko iyunun əvvəlində Azərbaycana rəsmi səfərə gələcək.

Minskdə mətbuat konfransı keçirən Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev səfərin bir neçə gündən sonra baş tutacağını deyib. O bildirib ki, səfər zamanı iki ölkə liderləri geniş əhatəli məsələləri müzakirə edəcəklər və bu səfər iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafına ciddi təkan verəcək.

A. Lukaşenkonun səfəri zamanı bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir. /APA/
XS
SM
MD
LG