Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:49

Təhlükəli vəziyyətdə qalan daha 22 sakin xilas olunub


Sarısu gölündə bəndin yuyulması nəticəsində daşqın suları altında qalmış yaxınlıqdakı kəndlərdə təxliyədən imtina etmiş daha 22 kənd sakini xilas edilib. Onlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və Nazirliyin Aviasiya dəstəsinin vertolyotu vasitəsilə xilas ediblər. Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Bununla da son bir neçə saat ərzində həmin ərazilərdə 55 nəfər xilas edilib. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

XS
SM
MD
LG