Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 11:23

Milli Kitab Mükafatının təqdim ediləcəyi gün bilindi


Milli Kitab Mükafatının təqdimat mərasimi mayın 31-də keçiriləcək.

Təşkilat komitəsi mərasimə hazırlıq işləri görür. Mükafatın təsisçisi, “Əli və Nino” Nəşrlər Evinin rəhbəri Nigar Köçərlinin “Media forum”a verdiyi məlumata görə, münsiflər heyəti qiymətləndirmə cədvəllərini təşkilat komitəsinə təqdim edib və ballara uyğun olaraq qaliblər müəyyənləşib.

Qalibə 3000 manat, ikinci yeri tutana 2000, üçüncü yerin sahibinə 1000 min manat mükafat veriləcək.

Gənclər və İdman Nazirliyi yazarlardan birini 1000 manat mükafatlandıracaq. Sığorta mövzusunda yazan yazıçı “Qarant” Sığorta Şirkətindən 1000 manat alacaq.

Mükafat verənlər arasında “1news.az” Xəbər Agentliyi də var. Agentlik də seçdiyi yazara 1000 manat mükafat verəcək. Qaliblərə həmçinin diplom və xatirə heykəlciklər təqdim olunacaq.

Milli Kitab Mükafatı layihəsi 2009-cu il noyabrın 3-dən start götürüb.

Müxtəlif bölgələrdən, eləcə də 7 ölkədən 265 əsər qəbul edilib. Ekspertlər həmin əsərləri oxuyaraq öncə “20-lik”, sonra “10-luq” tərtib edib.

10-luğa

Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti,

Əlabbasın “Qiyamçı” romanı,

Nəriman Əbdülrəhmanlının “Yalqız” romanı,

Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” povesti,

Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanı,

Elxan Qaraqanın “A” romanı,

Kamran Nəzirlnin hekayələr toplusu,

Əjdər Olun portret hekayələri,

Rafiq Tağıın hekayələr toplusu,

Fəxri Uğurlunun hekayələr toplusu


düşüb. Əsərlər münsiflərə təqdim olunub və hər biri kitab şəklində çap olunub.

Layihənin sponsorları “Azercell”, “Azersun” və “Qarant Sığorta” şirkətləridir. Mədəniyyət və Turizm, İdman və Gənclər nazirlikləri də layihəyə dəstək verir.

Mükafatın 10-luğuna daxil olan kitablar isə “Muğanbank”, “Bank Standart” kimi qurumların maliyyə dəstəyi ilə çap olunub.
XS
SM
MD
LG