Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:46

Heydər Əliyev adına su anbarında suyun səviyyəsi maksimal həddədir


Naxçıvan Muxtar Respublikasında havanın yağmurlu keçməsi burdakı çayların sululuğunu artırıb.

Şahbuz rayonunda yerləşən Heydər Əliyev adına su anbarında suyun səviyyəsi maksimal həddə çatıb. Şahbuz rayonun Daylaqlı və Sələsüz kəndlərində xeyli sayda əkin sahələri, bir neçə ev su altında qalıb.

Daylaqlı kəndində yerləşən 3 ev su altında qaldığından evlərin sakinləri köçürülüb. Kəndin icra nümayəndəsi Vaqif İsmayılovun verdiyi məlumata görə, köçürülən 3 evin sakinlərinə yeni evlər verilib. Su altında qalan əkin sahələri və meyvə ağaclarına görə əhaliyə kompensasiya verilməsi ilə bağlı heç bir məlumat verilmir.

Heydər Əliyev adına su anbarında 2005-ci ildə də istifadəyə verilib, tutumu 100 milyon kubmetrdir.


































AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG