Keçid linkləri

2025, 29 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Sabirabad, Saatlı və İmişliyə qaz verilməsi dayandırlıb


Mayın 24-dən “Azəriqaz” Sabirabad, Saatlı və İmişliyə qaz verilməsini dayandırıb. Bu qərar fövqəladə vəziyyətlə - Kür və Araz çaylarında daşqınlarla əlaqədar qəbul olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti məlumat yayıb.

Şirkət abonentləri xəbərdar edib ki, qazın verilməsinin bərpası yalnız təbii fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra mümkün olacaq.

XS
SM
MD
LG