Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

XİN DQR-də keçirilən parlament seçkilərinə dair bəyanat yayıb


Xarici İşlər Nazirliyi (XİN) separatçı Dağlıq Qarabağ Respublikasında keçirilən parlament seçkilərinə dair bəyanat yayıb.

Bəyanatda deyilir ki, 23 may 2010-cu il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş «parlament seçkiləri»nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı beynəlxalq tərəfdaşlarının narahatlığını bölüşür:

«Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini və Azərbaycan ərazilərinin işğalını örtbasdır etmək üçün növbəti cəhdi tam və qaçılmaz uğursuzluqla nəticələndi. Ermənistan tərəfi, öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. Avropa Parlamentinin Aİ-nin Cənubi Qafqaz üçün Strategiyasına ehtiyac ilə bağlı yenicə qəbul etdiyi məruzədə də qeyd edildiyi kimi, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır».

XİN bildirir ki, Azərbaycan bir daha Ermənistan tərəfini öz destruktiv siyasətini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən tez və davamlı həllini tapmaq məqsədilə xoş məramla danışıqlar aparmaga çağırır.
XS
SM
MD
LG