Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:56

Azərbaycanla Misir arasında 3 sənəd imzalanıb


Mayın 24-də Azərbaycanla Misir arasında 3 sənəd imzalanıb.

Bunlar idman və gənclər sahəsində əməkdaşlıq, diplomatik və xidməti pasportlar üçün viza rejiminin ləğv edilməsi və Azərbaycan Diplomatik Akademiyası ilə Misirin Diplomatiya Məktəbi arasında imzalanan sazişlərdir.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının XİN Əhməd Əbul Qeyt ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında siyasi əməkdaşlıq genişdir və həmkarının səfəri ölkələr arası siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığı genişləndirəcək.

Öz növbəsində Misir XİN Əhməd Əbul Qeyt Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Misirli nazirin prezident İlham Əliyevlə də görüşəcəyi deyilib.
XS
SM
MD
LG