Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:52

Şərq Tərəfdaşlığı proqramı ölkələri ilə viza məsələsində irəliləyiş var


Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin Polşanın Sopot şəhərində qeyri-formal görüşü keçirilir.
Görüşdə Birliyin Genişlənmə və Qonşuluq komissioneri Stefan Fueli iştirak edir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, belə görüşün keçirilməsi tərəfdaşlıq proqramına təkcə Şərqi Avropa ölkələrinin yox,
bütün Avropa Birliyinin dayağını göstərir.

O həmçinin deyib ki, tərəfdaşlıq proqramına daxil olan 6 ölkə ilə bağlı viza qaydalarının sərbəstləşdirilməsində tərəqqi var.

Şərq Tərəfdaşlığı Proqramı Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldova ilə ticarəti, gediş-gəlişi və
yardımı genişləndirməklə daha yaxın əlaqələr qurulmasını nəzərdə tutur.
XS
SM
MD
LG