Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:41

Aşpazlarımız Yunanıstandan medallarla qayıdıblar


Azərbaycanlı aşpazlar mayın 9-dan 18-dək Yunanıstanda keçirilmiş Beynəlxalq kulinariya çempionatından medallarla qayıdıblar.

Bu barədə Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov məlumat verib.

Azərbaycan, Rusiya, Ukrayna və Yunanıstan kulinarlarının iştirak etdikləri çempionatda ölkəmizi 4 aşpaz təmsil edib.

Milli komandamız 10 sinif yarışlarında 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Kulinarlarımız komanda yarışlarında isə 1 qran-pri, 1 gümüş medal və kubok qazanıblar.

/ANS/
XS
SM
MD
LG