Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

İranda azı 16 azərbaycanlı həbs olunub


Məlumata görə, həbs olunanların əksəriyyəti müəllim, mətbuat işçisi və tələbələrdir
Məlumata görə, həbs olunanların əksəriyyəti müəllim, mətbuat işçisi və tələbələrdir
İranda 22 may hadisələrinin ildönümü ilə bağlı ötən 10 gün ərzində azı 16 nəfər azərbaycanlı müxtəlif şəhərlərdə, o cümlədən Təbriz, Sulduz, Moğanda həbs olunublar. Onların həbsinə səbəb 22 may hadisələrinə dair bildiriş yaymaları olub.

Məlumata görə, ETTELAAT nümayəndələri həbs olunanların evlərində axtarış aparıblar, onların ədəbiyyatları, kompyuterləri müsadirə olunub. Saxlananlar barədə ailələrinə də heç bir məlumat verilmir, hətta onların hansı ittiham üzrə həbs olunduqları da deyilmir.

Məlumata görə, həbs olunanların əksəriyyəti müəllim, mətbuat işçisi və tələbələrdir.

2006-cı il mayın 22-də İranın rəsmi qəzetində çıxan təhqiramiz yazıda türklərin tarakana bənzədilməsinə etiraz olaraq keçirilən aksiyalarda onlarla azərbaycanlı həlak olub, minlərlə insan yaralanıb və həbsə atılıb.
XS
SM
MD
LG