Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 05:58

Sarusu gölü daşmaq həddinə çatıb


Baş nazirin müavini Abid Şərifov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sarısu gölü ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədar helekopterlə əraziyə baxış keçiriblər.

Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda su qalxaraq bəndlə bərabər səviyyəyə çatdığından ətraf ərazilərdə təhlükəli vəziyyət yaranıb.

O, bildirib ki, daşqının qarşısını almaq üçün əraziyə əlavə qüvvələr cəlb olunacaq.

Fövqəladə Hallar Nazirliyi ilə Daxili Qoşunlardan fəlakət zonasına əlavə bölmələr göndəriləcək.
XS
SM
MD
LG