Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:22

Britaniyanın yeni nazirləri Əfqanıstandadır


Böyük Britaniyanın yeni xarici işlər naziri Uilyam Heyq, müdafiə naziri Layam Foks və beynəlxalq inkişaf naziri Endryu Mitçel Əfqanıstana gediblər.

Səfər zamanı onlar ölkə prezidenti Həmid Kərzai və digər ölkə rəsmilərilə görüşəcəklər.

Həmid Kərzai bir həftə bundan əvvəl Londonda Britaniyanın yeni baş naziri Devid Kamerunla görüşüb.

Kamerun Əfqanıstanın ölkənin xarici siyasətində əsas məsələlərdən biri olduğunu deyib.

Hazırda Əfqanıstanda 10 minədək Britaniya əsgəri var.
XS
SM
MD
LG