Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:11

Amerika alimləri süni hüceyrə yaradıblar


Amerika alimləri sintetik və ya süni hüceyrə yaradıblar. Onlar əvvəlcə kompüterdə bir bakteriyanın DNA-sını, yəni genetik proqramını tərtib ediblər. Sonra bu proqrama əsasən kimyəvi üsulla DNA-nı həqiqətdə yaradıb hüceyrəyə transplantasiya ediblər. Yeni mikrob özü yaranmış mikrob kimi hərəkət edib, sadəcə süni yaradılmış DNA ilə idarə olunub.

Alimlərin sözlərinə görə, gələcəkdə yanacağın, vaksinin, yaxud ətraf mühiti təmizləməyə kömək edən materialların hazırlanmasında bu metoddan istifadə oluna bilər.

Lakin tənqidçilər iddia edirlər ki, alimlər süni orqanizmlərin potensial təhlükəsini tam dərk etmirlər.

XS
SM
MD
LG