Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 17:38

BP dənizə daha çox neft axıtdığını etiraf edib


BP şirkəti etiraf edib ki, onun Meksika körfəzində qəzaya uğramış platformasından dənizə axan neftin miqdarı əvvəl söyləniləndən daha çoxdur.

 

BP neçə həftə idi ki, neft quyusundan suya gündə 5 min barrel xam neftin axdığını bildirirdi. Ancaq indi şirkətin sözçüsü deyib ki, quyunun ağzına boru  yerləşdirildikdən sonra təkcə həmin borudan gündə 5 min barrel neft keçir.

 

Dənizə isə hələ də xeyli miqdarda neft axmaqda davam edir. Neft ləkəsi artıq Luiziananın bir çox nadir quş və heyvan növlərinin yaşadığı bataqlıqlarına çatıb.

 

XS
SM
MD
LG