Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 09:09

Elmar Məmmədyarov BMT-nin qaçqınlar üzrə nümayəndəsini qəbul edib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin Məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kalini qəbul edib.

Danışıqlaqr zamanı Ermənistan-Azərbaycan münaqişəsi və qaçqınların vəziyyəti müzakirə olunub.

Elmar Məmmədyarov bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və etnik təmizləmə nəticəsində qaçqın düşmüş insanların öz doğma torpaqlarına qayıtmasının zəruriliyini vurğulayıb.

Valter Kalin isə münaqişənin həlliylə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini bildirib.
XS
SM
MD
LG