Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:54

Qırğızıstanda yenidən atiraz aksiyası keçirilib


Bu gün Qırğızıstanın cənubunda minlərlə adam yenidən nümayişə çıxıb.

Nümayişçilər müdafiə naziriylə birlikdə kütləylə danışıqlara gələn regionun qubernatorunu döyüblər.

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev devrildikdən sonra ölkənin cənubunda gərginlik yaşanır.

Dünən Calalabad şəhərində yerli qırğızlarla özbəklər arasında baş vermiş toqquşmada 2 nəfər ölüb, onlarla adam isə yaralanıb.

Müvəqqəti hökumət bu münaqişəyə görə Bakiyevin tərəfdarlarını günahlandırır.

Regionda fövqəladə vəziyyət rejimi elan edilib.

Prezidentin səlahiyyətləri 2011-ci ilin sonunadək müvəqqəti hökumətin rəhbəri Roza Otunbayevaya tapşırılıb.

Prezident seçkiləri isə 2011-ci ilin oktyabrınadək təxirə salınıb.

Müvəqqəti hökumət günün sonunda yeni konstitusiya layihəsini təqdim etməlidir.



XS
SM
MD
LG