Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Musavat etiraz aksiyasını təxirə salıb


Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq mayın 21-nə nəzərdə tutulmuş aksiyanı təxirə salıb.

Bu barədə APA agentliyi Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıia istinadla məlumat verir.

Arif Hacılı qərarın bu gün keçirilmiş görüşdə qəbul edildiyini və bunun ölkədə baş verən təbii fəlakətlə bağlı olduğunu deyir.

Amma Arif Hacılı qeyd edib ki, tələblər yerində qalır və yaxın həftələrdə yeni aksiyanın vaxtı təyin ediləcək.

Qeyd edək ki, Müsavat Partiyasıyla Demokratiya Uğrunda İttifaq mayın 21-də parlament seçkiləri ərəfəsində demokratik şəraitin yaradılması, sərbəst toplaşmaq azadlığının bərpası, seçki qanunvericiliyinin dəyişdirilməsi və digər tələblərlə aksiya keçirməyi qərara almışdı.

XS
SM
MD
LG