Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

İranda həbsdə olan amerikalılar anaları ilə görüşüblər


İranda həbsdə saxlanan üç amerikalı tələbə bu gün anaları ilə görüşüblər. Bu haqda İran televiziyası xəbər verib. Saxlananların anaları Tehrana İran hakimiyyətinin razılığından sonra gəliblər.

Həbsdə saxlanan tələbələr - iki gənc oğlan və qız casusluqda ittiham olunurlar. Onlar keçən ilin iyul ayında İran-İraq sərhəddində həbs olunmuşdular. Tələbələr ittihamı qəbul etmir, İran sərhəddinə səhvən gəlib çıxdıqlarını bildirirlər.

XS
SM
MD
LG