Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:56

Avropa Belarusa qarşı viza qadağasına yenidən baxa bilər


Avropa Parlamentinin sədri Yerji Bujek Belarusda müxalifətə qarşı davam edən təqiblərdən ciddi narahatlığını bildirib. Belarus müxalifətinin məlumatına görə, polisin ölkə miqyasında apardığı reydlər nəticəsində bir çox müxalifət fəalı, o cümlədən yaxınlaşan prezident seçkilərində prezident Aleksandr Lukaşenkonun rəqibi sayılan Vladimir Neklyayev həbs olunub.

Bujek Belarus hakimiyyətini vətəndaş cəmiyyəti qruplarına qarşı repressiya və hədə-qorxu kampaniyasını dərhal dayandırmağa çağırıb. Avropa Birliyi Lukaşenkonu bir qədər özünə yaxınlaşdırmaq ümidilə Belarus rəsmilərinə qoyulmuş viza qadağasını 2009-cu ilin oktyabrından etibarən götürüb. Bujek bu qərarı yenidən gözdən keçirə biləcəklərini bildirib.

XS
SM
MD
LG