Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:01

Qırızıstanda komendant saatı tətbiq edilib


Qırğızıstandakı müvəqqti hökumət ölkənin cənubundakı Calalabad şəhərində fövqəladə vəziyyət rejimi elan edib.

Bu gün şəhərdə baş vermiş toqquşmada 2 nəfər ölüb, 60-dan çox adamsa yaralanıb.

Kütlə özbək diasporunun tikdirdiyi Dostluq Universitetinə hücum edərək pəncərələri sındırmağa başlayıblar.

Polis kütləni dağıtmaq üçün havaya atəş açmalı olub.

Şəhərdə axşam saat 20-dən səhər saat 6 kimi komendant saatı tətbiq edilib.

Müvəqqəti hökumətin rəhbəri Roza Orunbayeva jurnalistlərə açıqlamasında vəziyyətin nəzarətdə olduğunu və bütün lazımı qüvvələrin hərəkətə gətirildiyini deyib.

Nümayişçilər yerli özbək icmasının lideri Kadırcan Batırovun məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Onlar Batırovu şəhərdə yerli qırğız və özbəklər arasında baş verən toqquşmaların təşkilində ittiham edirlər.


XS
SM
MD
LG