Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Azərbaycanda təbii fəlakətlə əlaqədar Hökumət Komissiyası yaradılıb


Azərbaycan prezidenti İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda 20 minə yaxın evin, 50 min hektardan çox əkin və örüş sahələrinin suyun altında qaldığı, 300-dən çox evin uçduğu, 2 minə qədər evin qəzalı vəziyyətə düşdüyü, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlərin sıradan çıxdığı bildirilir.

Sərəncamda deyilir ki, təbii fəlakətin nəticələrini aradan qaldırmaq, iqtisadiyyatı bərpa etmək və gələcəkdə bu cür halların qarşısını almaq üçün Hökumət Komissiyası yaradılsın.
XS
SM
MD
LG