Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 13:29

Tailandda toqquşmalar hələ də davam edir


Tailand polisi Bankokun mərkəzindəki müxalifət düşərkəsini dağıtsa da şəhərin ayrı-ayrı rayonlarında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar gedir.

Məlumatlara görə birja və telefon şirkətinin ofisi də daxil olmaqla bir neçə bina yandırılıb.

Şəhərdə komendant saatı tətbiq edilib.

Polis bu gün şəhərin mərkəzində müxalifət düşərkəsini dağıdarkan 1 italiyalı fotoreportyor da daxil olmaqla , 4 nəfər ölüb.

Bir neçə müxalifət liderinin təslim olduqları bildirilir.

Tailandda etiraz aksiyaları 2 aydır ki, davam edir.

Müxalifət hökumətin istefasını və vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edir.
XS
SM
MD
LG