Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:16

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib


Bakı-Qazax yolunun 154-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində ölümlə nəticələn qəza baş verib.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat verib.

Bakı şəhəri, Böyük Şor qəsəbəsindən olan 1982-ci il təvəllüdlü Yusifov Elxan Şahbaz oğlu idarə etdiyi “QAZEL 3302-111” markalı yük maşını ilə yolun ehtiyat hissəsində dayanmış “Mercedes Benz-250” markalı minik avtomobilinin sürücüsü Ucar sakini, 1971-ci il təvəllüdlü Bayramov Mahir Bayram oğlunu vurub.

Nəticədə Bayramov hadisə yerindəcə ölüb.

Faktla başlı cinayət işi açılıb.

XS
SM
MD
LG