BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin mayın 19-dan Azərbaycana səfəri başlayır.
Səfər zamanı məcburi köçkünlərin vəziyyəti, müdafiəsi və ehtiyacları diqqətdə olacaq. BMT rəsmisinin hökumət nümayəndələri, BMT rəsmiləri, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən məcburi köçkünlər ilə görəcəyi gözlənilir.
Kalin sonuncu dəfə Azərbaycanda 3 il əvvəl olub. Bu dəfə səfəri mayın 24-dək davam edəcək.
Səfərin yekunlarına dair hazırlanacaq hesabat 2011-ci ilin mart ayında İnsan Haqları Şurasında təqdim ediləcək.