Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərdə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı narahatlığını bildirib. Bu barədə nazirliyin Xəzərdə ekoloji monitorinq şöbəsinin rəisi Mirsalam Qəmbərov bildirib.
Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda 31 sənaye obyekti işləyir, 955 km sahil xətti boyu isə dənizə 287 axar var və onların 70%-i onun ekoloji vəziyyətinə təsir edir.
Nazirlik təmsilçisinin fikrincə, neftin axması və onun aradan qaldırılması problemləri dövlət səviyyəsində həllini tapmalıdır:
«Hazırda lay sularının idarə edilməsi məsələsi və neftlə çirklənən torpaqların təmizlənməsi problemi bizi çox narahat edir», - deyə Qəmbərob bildirib.
Meksika körfəzində neft axmasından sonra Qazaxıstan hökuməti Xəzərdə karbohidrogen hasilatında təhlükəsizlik standartlarını sərtləşdirib. Bu ölkənin Ekologiya Nazirliyi məlumat verib ki, onların müşahidəsinə əsasən, Xəzərdə ən mürəkkəb ekoloji vəziyyət Azərbaycanın «Neft Daşları» yatağı rayonundadır. Öz növbəsində ARDNŞ özünün bütün dəniz obyektlərində ehtiyat tədbirlərini gücləndirib.
Son 60 ildə Xəzərin Azərbaycan sektorunda 700 mln ton neft və kondensat çıxarılıb. /Turan/