Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 11:34

Bankoqda ordu etirazçılara atəş açıb, ölənlər var


Taliandın paytaxtı Bankoqda ordu şəhərin mərkəzində oturaq etiraz aksiyası keçirən nümayişçilərin avtomobil şinlərindən və bambuk ağacından qurduqları barrikadaları dağıdıb. Hərbçilərin gözyaşardıcı qazdan və avtomat silahlardan istifadə etdiyi bildirilir. Yerli media xəbər verir ki, azı 4 nəfər ölüb, 50-ə yaxın adam yaralanıb.

Etirazçılar hökumətin istefasını və yeni seçki keçirilməsini tələb edirlər. Onlar etiraz aksiyalarına aprel ayından başlayıblar. Son bir həftə ərzində Bankoqdakı iğtişaşlarda 40 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

XS
SM
MD
LG