Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:47

Eynulla Fətullayevin məhkəməsində müdafiə tərəfinin şahidləri dinləniləcək


Bu gün Qaradağ rayon məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi davam edəcək. O, narkotik maddə saxlamaqda ittiham olunur.

Bu gündən müdafiə tərəfinin şahidləri dinləniləcək. Bundan əvvəl isə ittiham tərəfinin şahidləri ifadə vermişdilər.

Narkotik maddə olan heroini Eynulla Fətullayevin gödəkçəsindən və ayaqqabısından saxlandığı 12 saylı cəzaçəkmə yerinin əməkdaşları keçən ilin dekabrında tapmışdılar. Jurnalist özü ittihamı qəbul etmir, bunu əməliyyatçıların oyunu adlandırır.

XS
SM
MD
LG