Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 14:06

«Parlamentdə oturanların hərəkəti və hərəkətsizliyi bir-birinə bərabərdir».


Milli Məclis
«Milli Məclis çox böyük şərtlə parlament adlandırıla bilər».

Bu sözləri «İşdən sonra» proqramında Milli Məclisin üzvü Pənah Hüseyn deyib.

Millət vəkilinin fikrincə, Milli Məclis dövlət qolu kimi mövcud deyil:

«Parlamentdə oturanların hərəkəti və hərəkətsizliyi bir-birinə bərabərdir».

P. Hüseyn düşünür ki, parlamentin özünü doğrultması üçün orada xalqın seçdiyi şəxslər əyləşməlidir.

Millət vəkili Məlahət İbrahimqızı isə parlamentdə oturanların icra strukturlarından asılı olması fikri ilə razılaşmadığını söylədi.

Hüquqşünas Erkin Qədirli isə deyir ki, parlament təmsilçilik, qanunvericilik, hökumətə nəzarət funksiyasını yerinə yetirməlidir.

«Bunların heç biri Azərbaycanda yoxdur. Bunlar olmadıqda isə özbaşınalıq yaranır».

Şərhlər (9)

Bu forum dayandırılıb
XS
SM
MD
LG