Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 04:10

Medvedev Ukraynanı da KTMT-da görmək istəyir


Rusiya prezidenti Dmitri Medvedev Ukraynanın da Moskvanın nəzarətində olan Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını alqışlaya biləcəyini deyir. Bu təşkilata keçmiş sovet respublikaları – Rusiya, Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Ukrayanda iki günlük səfərdə olan Medvedev mayın 18-də bildirib ki, KTMT Varşava Paktı deyil. Onlar NATO, və ya hər hansı başqa bir hərbi blokla münaqişəyə girmək niyyətində deyillər.

Əvvəlki prezident Viktor Yuşşenkonun zamanında Ukrayna NATO alyansına qoşulmaq üçün müraciət edib. Bu ilin fevralında Ukraynada Rusiya meylli siyasətçi kimi tanınan Viktor Yanukoviçin prezident seçilməsindən sonra Moskva ilə Kiyevin münasibətləri istiləşib.
XS
SM
MD
LG