Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 05:59

Kəmaləddin Heydərov: «Azərbaycan beynəlxalq xilasetmə əməliyyatlarına töhfə verməyə qadirdir»


«Azərbaycan Avro-Atlantik Tərəfdaşlıq Şurası məkanında təbii və texnogen xarakterli fəlakətlərin baş vermə tezliyini sahəsində əməkdaşlığa öz töhfəsini verməkdə davam edəcək, o cümlədən beynəlxalq xilasetmə əməliyyatlarına da töhfə verməyə qadirdir».

Mayın 18-də Bakıda Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ) formatında NATO-nun Ali Mülki Fövqəladə Planlama Komitəsinin (AMFPK) plenar iclasında fövqəladə fallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

APA-nın xəbərinə görə, tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin, NATO-nun müvafiq strukturlarının nümayəndələri iştirak edirlər.

Fövqəladə hallar naziri hazırda respublikada baş verən daşqınların qarşısını almaq və nəticələrini aradan qaldırmaq istiqamətində görülən tədbirlər barədə məlumat verib.
XS
SM
MD
LG