Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:05

Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Şurası yaradacaq


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Azərbaycan və Türkiyə strateji əməkdaşlıq Şurası yaranacaq.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən prezident İlham Əliyevlə bu barədə razılığa gəldiyini deyib:

«Hörmətli prezident [Əliyev] ilə qərar verdiyimiz ən önəmli məsələlərdən biri də yüksək səviyyədə strateji işbirliyi şurasının qurulması ilə bağlı aldığımız qərardır. Həmkarlarımız indi onun hazırlanması üzərində iş aparırlar. İlham Əliyevin İstanbul ziyarəti zamanı imzalarımızı birlikdə atmaq imkanımız olacaq».

Ərdoğan deyib ki, bu təşəbbüs çox əhatəli olacağı üçün Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən ən önəmli addım olacaq.

Bununla yanaşı, Ərdoğan xüsusilə iqtisadi sahədə daha fərqli addımlar atmaqla iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsini daha da irəliyə aparmağın vacibliyini vurğulayıb:

«Beynəlxalq iqtisadi böhrandan Azərbaycan da güclü çıxan, fürsəti yaxşı dəyərləndirən ölkələrdən biri oldu. Türkiyə də bu böhranı ən az zərərlə atladan ölkələrdən biri idi. Bu mövqeyimiz, inanıram ki, bizi gələcəkdə çox fərqli məqamlara aparacaq».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG