Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:14

Qaz sazişi İlham Əliyevin Türkiyəyə səfəri zamanı imzalanacaq


Azərbaycanla Türkiyə arasında qaz sazişi iyunun 7-8-də İlham Əliyevin Türkiyəyə səfəri zamanı imzalana bilər.

Mayın 17-də Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, əslində tərəflər bu məsələ ilə bağlı hər şeyi həll ediblər və sadəcə imzalanmanı İlham Əliyevin Türkiyəyə səfərinə saxlayıblar:

«Bu arada, təbii qazla bağlı danışıqlar bitirilmə nöqtəsinə gətirilib, amma istəyirik ki, bunun imzalanmasını Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərində reallaşdıraq».

İlham Əliyev də qaz sazişinin razılaşdırıldığını bildirib. O, deyib ki, məsələnin texniki tərəfləri üzərində iş gedir və bu işlər başa çatan kimi saziş imzalanacaq:

«Türkiyə ilə Azərbaycan arasında qaz nəqli və satışı ilə bağlı məsələlər həllini tapıb. İndi konkret işlər aparılır ki, artıq saziş imzalanmaya hazırlansın».
XS
SM
MD
LG